CƏMİYYƏT


Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur

Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimi olub. Mərasim ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə təmsil olunur. Beş gün davam edəcək sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.