CƏMİYYƏT


“Qubadlı” əlahiddə sərhəd diviziyasında iki yaşayış binası istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq mayın 25-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.