Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb

27.05.2024 [18:59]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Paytaxtın Yasamal rayonunda, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq, aktiv terapevt və digər mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.