CƏMİYYƏT


Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub

Mayın 27-də Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Aşpazlar Gildiyası” və “Diyar.Az” qastronomiya xəritəsinin layihə rəhbəri, Dünya Restoran İdmanı Federasiyasının vitse-prezidenti Nigar Əmirbəyova tərəfindən birgə təsis edilən mükafata Qubada fəaliyyət göstərən iki istedadlı aşpaz layiq görülüb.