DÜNYA


İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.