Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV MÜSAHİBƏ

02.06.2024 [22:58]

Xəbərin mətni

Noyabrda Bakıda keçiriləcək COP29 tədbirini səbirsizliklə gözləyirəm. Azərbaycan Respublikasının bu konfransa ev sahibliyi etməsi böyük nailiyyətdir.

Bu sözləri Azərbaycan Respublikasının İrlandiya Respublikasının Dublin şəhərində yeni təyin olunmuş ilk fəxri konsulu Terri Leyden AZƏRTAC-a eksklüziv müsahibəsində deyib. O, İrlandiya Respublikasına fəxri konsul təyin olunmaqdan böyük şərəf duyduğunu deyib.

Terri Leyden Azərbaycanın COP29 kimi mühüm beynəlxalq konfransa ev sahibliyi etməsinin önəmindən danışıb. O, bu gün dünyada çoxlu böhranların olduğunu deyib və əlavə edib ki, iqlim dəyişikliyi bütün dünyaya təsir edən böhrandır. Fəxri konsul Azərbaycanın bu böyük böhranın qarşısının alınması istiqamətində çox yaxşı işlər gördüyünü əlavə edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI