SİYASƏT


Ceyhun Bayramov: Macarıstanla ticarətin həcmini yüksəltmək niyyətindəyik

Azərbaycan ilə Macarıstan arasında ticarət həcmində xeyli artım var və bunu yüksəltmək niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O deyib ki, iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və digər sahələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişafı edir. Enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir.