SİYASƏT


Azərbaycan XİN rəhbəri: Ermənistandan aldığımız növbəti sənəddə müsbət mesajlar gördük

Bir neçə gün əvvəl Ermənistandan növbəti sənəd aldıq. Biz burada müsbət mesajlar gördük.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu istiqamətdə müvafiq addımlar atılır.