SİYASƏT


Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

Vaşinqtonda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Ambisiyaların artırılması, fəaliyyət imkanlarının genişləndirilməsi” adlı hibrid formatda tədbir keçirilib. AZƏRTAC-ın məlumatına görə, tədbirdə ABŞ dövlət qurumları, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.