SİYASƏT


Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir

Biz Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik. Bu, zərərli bir siyasətdir. Çünki bu, Cənubi Qafqaz regionunun sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti ciddi təhdid yaradır.