SİYASƏT


XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir

Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin silahlanması səylərinə bəraət qazandıran 19 iyun 2024-cü il tarixli bəyanatını qətiyyətlə rədd edirik. Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu sözləri Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirib.