Azərbaycan Dövlət İnformasiya Agentliyi

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi

20.06.2024 [21:04]

Xəbərin mətni

Genişmiqyaslı müharibənin əvvəlində Azərbaycan Odessaya dərhal öz yardımını etdi. Azərbaycan dövlətinə Ukraynaya köməyinə görə minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə Odessa şəhər merinin müavini Pavel Vugelman söyləyib.