DÜNYA


Dağıstanda silahlı hücumlar: 6 polis əməkdaşı öldürülüb, yaralılar var

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
Məlumata görə, silahlıların axtarışı davam edir. Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub. Ən azı daha iki nəfər saxlanılıb.