DÜNYA


Culian Assanj Britaniyanı tərk edib

“Wikileaks” portalının təsisçisi Culian Assanj Britaniyanı tərk edib.
AZƏRTAC xəbər verir ki, “Wikileaks” portalının “X” sosial media səhifəsində C.Assanjın Britaniyanı tərk etmə videosu yayılıb. Bildirilib ki, Assanj Londonun Belmarş həbsxanasında 1901 gün saxlanıldıqdan sonra, iyunun 24-də səhər saatlarında həbsxananı tərk edib.
“O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb və eyni gün saat 17:00 radələrində Stansted hava limanında təyyarəyə minərək Britaniyanı tərk edib”,- deyə sosial media səhifəsindəki məlumatda qeyd olunur.