Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

02.07.2024 [18:23]

Xəbərin mətni

İyulun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə MSK-nın iyunun 27-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair məsələyə baxılıb.
Aparılan müzakirələrdən sonra yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək, ümumilikdə 24 seçki dairəsi üzrə seçki məntəqələri ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI