Karlos Füller: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır
21.08.2024 [19:29]
Xəbərin mətni
Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik. Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar. AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasının nümayəndə heyətinin üzvü, adanın BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.