SİYASƏT


Rumıniyalı müşahidəçi: Media nümayəndələri heç bir maneə olmadan prosesi izləyə bilirdilər

Yekun nəticə onu deməyə imkan verir ki, seçki məntəqələrində hər şey qrafikə uyğun aparıldı. Müşahidə etdik ki, media nümayəndələri heç bir maneə olmadan prosesi izləyə bilirdilər. Onların sərbəst hərəkətində heç bir məhdudiyyət yox idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı ölkəmizdə səfərdə olan Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku-Tagarlaş səsləndirib.