SİYASƏT


Ukraynalı parlamentari: Səsvermə şəffaf şəkildə keçdi

Biz Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq. Bütün seçki məntəqələrində şəffaf və təzyiqsiz şəkildə səsvermə keçdi. Hər kəs öz namizədinə rahatlıqla səs verə bilirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin altı üzvünün iştirakı ilə keçirilən mətbuat konfransında parlamentin üzvü Volodimir Kreidenko deyib.