Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlanıb

02.09.2024 [01:50]

Xəbərin mətni

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 5895 protokolun daxil olduğunu deyib.

O bildirib ki, parlament seçkilərində 2 milyon 196 min 711 nəfər səs verib.