Andrey Yatskin: Azərbaycanda seçkilərdə bütün namizədlərə bərabər şərait yaradılıb
02.09.2024 [11:22]
Xəbərin mətni
Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Seçki Məcəlləsi seçkilərin yüksək səviyyədə və qanun çərçivəsində, beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Azərbaycandakı parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçirilməsi ilə əlamətdardır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.