Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marko Curiç: Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər

02.09.2024 [15:15]

Xəbərin mətni

Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər. Ölkələrimiz etibarlı tərəfdaşlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın xarici işlər naziri Marko Curiç sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Nazir ölkəsinə beynəlxalq müstəvidə siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib. “Serbiyada keçiriləcək “Expo 2028”də Azərbaycanın əsas iştirakçı kimi təmsil olunmasını istərdik”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI