RƏSMİ


Zəngilan şəhərində təməli qoyulan altıncı yaşayış kompleksində 177 mənzil olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.