Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici media nümayəndələri üçün COP29-la bağlı brifinq keçirilib

08.10.2024 [15:00]

Xəbərin mətni

Oktyabrın 7-də COP29-un baş ofisində Nigeriya, Keniya və Cənubi Afrika Respublikasından gələn xarici media nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində xarici jurnalistlər üçün mediatur da təşkil olunub.
COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq prosesi, konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunda COP29-la bağlı müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib.