CƏMİYYƏT


Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib

Vaşinqtonda yerləşən Cons Hopkins Universitetində ABŞ-Azərbaycan Ticarət Palatası, Beynəlxalq Ticarət Administrasiyası və ABŞ Ticarət Departamentinin birgə təşkilatçılığı ilə COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri, ABŞ-ın dövlət və özəl sektorunun və akademik dairələrin təmsilçiləri iştirak edib.