Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib

22.10.2024 [12:58]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.
AZƏRTAC xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI