CƏMİYYƏT
Vətən müharibəsinin pik nöqtəsi: Şuşa döyüşləri
08.11.2024 [10:31]
Xəbərin mətni
Vətən müharibəsinin 38-ci günündə ordumuz döyüş əməliyyatlarının ən vacib və ən çətin tapşırığını aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya Qarabağın göz bəbəyi sayılan Şuşanın işğalçılardan azad olunması əmri verildi. Beləliklə, qəhrəman döyüşçülərimiz İkinci Qarabağ müharibəsinin pik nöqtəsi olan Şuşa döyüşlərinə başladı. Beləlikə, Şuşa zəfəri 44 günlük müharibədə qazandığımız zəfərlər içərisində xüsusi yer tutduğu üçün, Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 8-i, məhz Şuşanın azad olunduğu gün Zəfər bayramı kimi qeyd olunur. İllər keçsə də bu Şanlı zəfərimiz daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.