Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtki və zərərlərin aradan qaldırılması üçün beynəlxalq mexanizmlərin də təkmilləşdirilməsinə ehtiyac var

16.11.2024 [17:03]

Xəbərin mətni

Noyabrın 16-da COP29 çərçivəsində "İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi" mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son dövrlər iqlim dəyişmələrinin təsirindən daha çox Pakistan, Konqo Karib hövzəsi ölkələrinin üzləşdiyini, mülki şəxslərin fəlakətlərin qurbanına çevrildiyini bildirib.