“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusu müzakirə olunub
18.11.2024 [17:20]
Xəbərin mətni
Noyabrın 18-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub.