Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 çərçivəsində “EkoSfera” Sosial-Ekologiya Mərkəzi tədbir keçirib

21.11.2024 [17:00]

Xəbərin mətni

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “EkoSfera” Sosial-Ekologiya Mərkəzi gənc ekoaktivistlərin iştirakı ilə ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi iqlim dəyişikliyinin qarşısını almaq və təsirini azaltmaq üçün əhali arasında məlumatlılığı artırmaqdır.