Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

02.12.2024 [14:42]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.