Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluq: AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb

25.12.2024 [15:27]

Xəbərin mətni

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometrliyində qəza enişi etməsi ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuat konfransında deyib.