Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSMF-nin İdarə Heyətinin sədri: Son altı ildə aparılan beş islahat zərfi, ümumilikdə, 4 milyon insanı əhatə edir

05.02.2025 [20:31]

Xəbərin mətni

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncamı sosial müdafiənin gücləndirilməsi istiqamətində son 6 ildə sayca beşinci islahat zərfidir. Bu onu göstərir ki, sosial sahədə islahatlar davamlıdır və ümumilikdə, 4 milyon insanı əhatə edir. Həmin islahatların maliyyələşdirilməsinə illik əsasla 8,3 milyard manata yaxın vəsait sərf olunur. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fevralın 5-də keçirilən brifinqdə deyib.