Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb

15.02.2025 [15:30]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.