Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
16.02.2025 [12:08]
Xəbərin mətni
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.