FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb
16.02.2025 [13:05]
Xəbərin mətni
Fevralın 16-da səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin əldə etdiyi ilkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.