Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyn Pirs: “Bakı-2015” Əməliyyat Komitəsi AZƏRTAC ilə əməkdaşlığa böyük önəm verir

04.06.2015 [21:08]

Xəbərin mətni
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. Ceyn Pirs əvvəlcə birinci Avropa Oyunlarının işıqlandırılması üçün AZƏRTAC-ın qeydiyyatdan keçmiş əməkdaşları ilə görüşüb, onların suallarını cavablandırıb.