Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir

13.03.2025 [15:10]

Xəbərin mətni

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir. Bu fikirləri XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI