Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda fəaliyyət göstərən dönərxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

27.03.2025 [12:52]

Xəbərin mətni

Bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib. Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb. Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.