Korsikalı nümayəndə: Fransada azsaylı xalqların nümayəndələri siyasi məhbus həyatı yaşayır
29.03.2025 [15:07]
Xəbərin mətni
Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Korsika xalqı yox olmaq ərəfəsindədir. Hərbi yolla ələ keçirilən Korsika adası tarixin bütün mərhələlərində Fransanın təzyiqinə məruz qalıb. Demokratiya və azadlıqdan danışaraq bu dəyərləri özünün prioritet siyasəti hesab edən rəsmi Paris korsikalılara qarşı hər zaman amansız davranıb. Bu sözləri Bakıda keçirilən Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən korsikalı nümayəndə Fransua Benedetti deyib.