Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclasında 15 məsələ müzakirə edilib

01.04.2025 [21:06]

Xəbərin mətni

Aprelin 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri əvvəlcə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, erməni ekspansionizminə sarsıdıcı zərbə endirilib. Son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI