Petersberq İqlim Dialoqu çərçivəsində Azərbaycanın sədrlik etdiyi COP29-un uğurlarından bəhs olunub
03.04.2025 [11:56]
Xəbərin mətni
Petersberq İqlim Dialoqu çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 30-cu sessiyasının müəyyən olunmuş prezidenti Andre Korrea və Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstranın iştirakı ilə təşkil edilmiş birgə mətbuat konfransında Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilmiş COP29 zamanı qazanılan tarixi nailiyyətlərdən növbəti dəfə danışılıb.