Ülvi Mehdiyev: “ASAN xidmət”in timsalında süni intellektin ümumi idarəetməyə faydalı olduğunun şahidiyik
04.04.2025 [14:13]
Xəbərin mətni
“ASAN xidmət” bu illər ərzində ölkə rəhbərliyinin dəstəyi ilə ən yeni texnologiyaların, innovasiyaların dövlət xidmətləri, dövlət idarəetməsi sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparıb və real rejimdə tətbiq edib. Son illər dataların toplanması, idarə edilməsi və bunlarla bağlı qərar qəbul olunmasında süni intellektin tətbiqi qlobal dünyada aktual mövzudur. “ASAN xidmət” bu sahədə süni intellekti tətbiq edən ilk dövlət təşkilatlarından biridir. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət"in publik data portalının təqdimat mərasimində çıxışı zamanı deyib.