Paytaxt ərazisində keçirilən əməliyyat nəticəsində 20 kiloqram narkotik vasitə aşkarlanıb
04.04.2025 [17:50]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan məlumat əsasında, paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub. Ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.