Prezident: Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək
04.04.2025 [18:13]
Xəbərin mətni
Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir. Bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib.