Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nektarin bağlarında ağaclar çiçək açanda budanır

07.04.2025 [17:49]

Xəbərin mətni

Ölkəmizdə nektarin bağlarına maraq son illər xeyli artıb. Vətəni Çin olan, şaftalının tüksüz və daha şirin növü sayılan bu meyvə artıq bir çox bölgələrdə yetişdirilir. Hazırda nektarin bağlarında çiçəklənmə mövsümüdür. Fermerlər çiçəkləmə dövründə ağacların budanmasına başlayıblar.