Azərbaycan Dövlət İnformasiya Agentliyi

EPF: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələrinin ekologiyasına təhdiddir

10.04.2025 [18:35]

Xəbərin mətni

Bakıda “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirib. AZƏRTAC xəbər verir ki, brifinqdə koalisiyanın üzvləri, qeyri -hökumət təşkilatlarının nümayəndələri iştirak edib.