Arslan Növrəsli: Bu səfər NDU ilə Qarabağ Universiteti arasında əməkdaşlıq kimi də dəyərləndirilə bilər
13.04.2025 [13:18]
Xəbərin mətni
Ulu Öndər Heydər Əliyevin adına keçirilən bədii-yaradıcılıq müsabiqə-festivalı bizim üçün, demək olar ki, bir bayrama çevrilib. Hər dəfə biz Naxçıvana gələndə burada gözəl bir konsert proqramı izləyirik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin İfaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli deyib.