Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıtda piyadalar arasında yol hərəkəti qaydalarının təşviqi işinə könüllü gənclər də cəlb olunublar

14.04.2025 [17:31]

Xəbərin mətni

Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə piyadalar arasında yol hərəkəti qaydaları barədə məlumatlılığı artırmaq məqsədi ilə həyata keçirilən profilaktik tədbirlər davam etdirilir.Təbliğatın gücləndirilməsi məqsədi ilə Sumqayıt şəhəri üzrə fəal gənc könüllülər də maarifləndirmə işinə cəlb olunublar.