Ölkə ərazisində yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi gözlənilir
15.04.2025 [20:28]
Xəbərin mətni
Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.