Xidmət rəisinin müavini: Dağlıq rayonlarda yaranan qar örtüyü aprel ayı üçün xarakterik deyil
16.04.2025 [18:40]
Xəbərin mətni
“Hazırda ölkə ərazisində qarlı hava şəraiti də müşahidə edilir. Dağlıq rayonlarda qar artıq örtük əmələ gətirib. Bu da aprel ayı üçün xarakterik deyil”. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə açıqlamasında deyib.